Monday, January 31, 2011

deyəsən.

deyəsən, sən də,
mən də yorulmuşuq.
bu qədər sevgi bəsdi daha.
bir az da ruhlarımız sevişsin,
bir az
bizimkilərdən uzaq
sizinkilərdən kənarda. 
nə var ki burda?!
adi bir öpüş
bir də dənizdə qağayıların səsi
hər gün gördüyümüz dilənçı qadını
bu gün yerində görmüyək

gəl bir az ağlayaq
sənin yaşın mənim çiynimdə
mənim yaşımsa sənin.
yaşlanma heç.
qov üzündəki qırışları
adiləş bir az.
mən də gizlədim səni,
hündür binalardan.

içəri şəhərdə
kiçik bir kafedə
sevdiyin darçınlı isitsin bizi.

ya da sənə bir şeir yazıb
gizlicə cibinə atım.
o kiçik otaqdaca
bərk bərk sarıl mənə.

ya bir gün darıxsan
sadəcə gülümsə.
inan,
əsən külək nəfəsim olacaq.
saçlarını oxşayacaq.

ayrılıram bu şəhərdən.
ötən payızı çiyinlərimə alıb
ayrılıram bu şəhərdən…