buludlar gözümə düşür,
gözümün qarası hanı?!
eh, nə yağış, nə külək, nə günəş
hərdən sizə uyammıram
islanmıram, üşümürəm, göz yummuram
mənə mi göz dikmisiniz ?!
əl vurmayın yanağıma,
əllərimə, dodağıma!
sizə aid heç nəyimdi,
bu heç nəyi məndə qoyun!
uzaq olun!
uzaq olun!
itirmişəm öz tayımı.
tay tayını tapar deyin,
vaxt tapacaq zamanını,
mən tayını tapan deyil.
nə siz mənə
nə mən sizə uyan deyil!
Friday, July 02, 2010
Subscribe to:
Post Comments (Atom)

bəyənirəm özü də çooox!
ReplyDeleteBir sözlə mükəmməl...
ReplyDeleteQardaşım, sənin şeirlərindəki səmimiyyət məni heyran edir... Ürəyin və qələmin var olsun.
Sevgilərimlə, Mirbəhram.