Tuesday, July 06, 2010

nə deyim sənə?!

sən mənim qadınımsan, deyilsən ?
bu nə kədər
üzünü buludlar almış yenə
nə deyim sənə?!


bax, hər şeyin sonuna 
bir yağış dənəsini
bir bulud atar gedər
yağışlığın tutubmu?!
onda bir yağış göndər!


mənim üçün bulud ol.
mənim üçün yağış at
hər dənənin qədrini
mənim qədrim tək dad


qoyma günəşi çıxsın
o mənə gərək deyil


denən ki: "yağ ey yağış"
təpələri islat sən
kimsə səsin çıxarmaz
səsini eşidənnən


rahat rahat çığır sən.
yağış eşidər səni,
axı söz verib dünən.


bacarırsan bulud ol!
yoxsa yağıb gedərsən.
sonra düşdüyün yerdən,
dönməyə ərinərsən.
mənə fikir vermə sən.

No comments:

Post a Comment