Tuesday, July 13, 2010

itmək.

mədəni qış
sil ayaqlarının qarını
əlcəklərin buzlanıb
dənələrin azalıb
çıxart əlcəkləri əlindən
qonağım ol 
buz kimi çay süzərəm 
istəsən lap gözümdən dərd verərəm
təki sən qonağım ol


nəsə xoş gəlmir sənə
üzünü yan çəkirsən
əriyirsən dərindən
itib itib gedirsən
sən ki əriməz idin


mərifətli dənələrin
yağdığı yeri bilir
hər düşdüyü ürəyin
dərdin dərindən silir.

nə deyim sənə mən qış?!
sözüm dilimdə donub.


nə istək nə arzu 
tələsik deyil
hamısın dondur mənim beynimdə
zamanı yaşlandır 
sonra yaxın gəl
gəl, donumu aç,
donum daralıb əynimə yaman sıx gəlir
içimə uzaqdan bir soyuq gəlir
deyəsən mən səni çox gözləyəcəm
deyəsən bu qışda bərk üşüdəcəm

1 comment:

  1. "deyəsən bu qışda bərk üşüdəcəm"

    cümləsi üzümə ironiyalı, "heyif"lər dolu, "yenə də" deyən bir gülümsəmə gətirdi...))

    ReplyDelete