Thursday, June 24, 2010

kimə!?

hara getsəm
hara üz tutsam
sənə aparır bu şəhər məni
neyniyim!?
yandırımmı bu şəhəri
ya da səhəri gözləyim
günəş doğsun yeni günəş
deyirlər hər səhər
bir yenilik gətirir
mənim səhərimsə çox dala qalıb
yoruldum ta
başqa bir səhər
başqa bir günəş doğsun
rəngi sarı yox
lap fərqli olsun
ya da heç olmasın
eləcə bu şəhərdə 
elə burdaca
yıxılım qalım
Bakı, məndən xəbərin yox
necə ki, mənim səndən
get, istəsən insanlarıda apar
sən onlarsız heçsən,
necə ki mən, Bakı !

No comments:

Post a Comment