Thursday, June 03, 2010

adsız.

nə gülürsən mənə yenə
dodaqların
gözün gülür
elə bilki 
ruhun gəlib öz yerinə
nə qəribə


qalma
get
qorxu gəlir canıma
çox uzaqsan
nələr gəlir ağlıma




isti yay yağışı yağsın istərəm
qırıq aynam
daş otağım
bir də 
şam ətrafında qızışan pərvanələr
bəyaz əlbisəli
parlaq gözlü pərvanələr
nağıllardakı təki 
bir at
bir araba 
bir də qılınc verin mənə
amma
bir az fərqli sonluqla


qaçmayım dalınca
axtarmayım səni
qaranlıq ormanda


və səni xatırladan
andıran
bir şey qalsın
soyuq bir əşya 
və ya nəsə


uzun uzun adımı çağır
və birdən sus


səssliyin səsini dinlə
nə qal 
nə də get
bilmirəm
nə edirsən et 

No comments:

Post a Comment