saçlarıma qar yağır
dənə dənə
düyün düyün
heç ərimir bu istidə
eləcə donub qalır
bu qarın sonu yoxdumu?!
soyuq qorxu alıb canı
itirirəm öz qanımı
alnımda yoxdur yazım ta
yaman itkinləşirəm
bu qarın sonu yoxdumu!?
saçım dənələnir
ağırlaşır
ağır gəlir başım mənə
ağır olur dolaşmağım
üzüm gözüm fağırlaşır
sözüm gəlmir
gedir batır
bu qarın sonu yoxdumu?!
gəzib yoruluram tez
oturmağa halım olmur
qul edir bu başım məni
yağır yağır
yenə dolmur
bu qarın sonu yoxdumu?!
nə edəcəm heç bilmirəm
ağarıram
itib itib bu şəhərin yorğanında
ağ oluram
azalıram
dənələrin
çoxluğundan sıxılıram
ağırlığa tab gətirmir ayaqlarım
hər qalxdıqca
yıxılıram
bu qarın sonu yoxdumu,
düşüb düşüb bitmək bilmir.
Sunday, May 30, 2010
Subscribe to:
Post Comments (Atom)

bu qarin sonu yoxdu
ReplyDeletedənə dənə
düyüm düyüm.
düşüb düşüb bitmək bilmir.