Saturday, March 20, 2010

dəyişdim.



Bu gün səni başqa bir bədənə dəyişdim. Utanmadım, nə də çəkinmədim. Eləcə deyirəm bunu, yəni tam olaraq istədim və etdim.
“İçəri keç, xoş gəlmisən”
“Bəs..!?”
Bilirəm alçaqlıqdı bu, amma yenədə dəyişdim səni, hətta zövq aldım, həzz alaraq etdim bunu. Sinəsini oxşadım o zərif məxluqun, o da sənin kimi gözlərini yumdu həmən an. Bir anlıq zaman durdu onun üçün, əlləri kilidlənmişdi, eyni sənin əllərin kimi.
Gözlərinin qorxusu sinəsini əsdirirdi, titrəyirdi bir azacıq, zövq alırdım, daha çox oxşayırdım, sənin sinəni oxşadığım kimi. Bir azacıq kənar durdum. Boğazım qurumuşdu. Yox !! peşman deyildim heç də. Bədəninin qoxusu səni xatırlatmadı, çox gözəl idi, zərif, tələsik bədəndən uzaqlaşan bir qoxu.
Dəyişik biri, fərqli biri, səndən daha çox fərqli biri idi. İlk dəfə dodağının qulağımın ardına toxunması səni tam olaraq xeyalımdan bir anlığa silmişdi. Daha sonraki görüşlərimizdə belə səni asanlıqla dəyişə biləcəyimi, dəyişəcəyimi artıq rahatlıqla düşünürəm.
Bəlkə də inanmazsan, amma o qədər gözəl səslənirdi sevişməmiz. Hər nəfəs almağım onun incə səsi ilə canlı musiqi yaradır, musiqinin notları onun ayaq barmaqlarının arasından dodaqlarının qabarıqlığına qədər, bədəni ilə rəqs edərək qalxırdı.
Çox incə biri idi, düşüncəmdə hələ belə biri olmamışdı. Sən də onun kimi deyildin, kobudluğun, sıxıcı hərəkətlərin məni bir az yorurdu. Tükənirdim günü gündən, nə yaxşıkı yoxsan.
Nə yaxşıkı yoxsan…
Sevirəm, onunla olmağı sevirəm. hətta çox sevirəm.
Bilirsən bu səni düşündüyümdən fərqli bir şey. Yəni tam fərqli bir duyğu.
Bir anlıq yumulan gözlər, bir neçə saniyəlik səni göylərə qaldıracaq, və tam hündürlüyə çatdıracaq, və bir anda üzü üstə sürətlə aşağıya doğru endirəcək. Ürəyin yerindən oynayıb, səndən tez bir zamanda yerə çatmaq istəyəcək, O yüksəklikdən yerə enməyin bir rahatlıq verəcək sənə. Amma sonrası gərəksiz bir peşmançılıq yaradır, sonda nə etdiyinin fərqinə varmadan üzünü gözünü turşudub oturursan.
Mən peşman olmadım, olmayacam.
Sadəcə o günü unutmuram, bir neçə dəqiqəlik baxışımı.
O zərif sandığım varlığın gözləri alovlanmışdı sanki. Buz tutmuş nəfəsi ilə ovuclarını sərtləşmiş dodaqlarına yaxınlaşdırır, istimək istəyirdi. Çarpayının bir küncündə qısılıb, dizlərini sinəsinə doğru sıxaraq, qolları ilə bərk bərk qucaqlamışdı.
Baxırdım, sadəcə baxırdım. O gün, səni onun ayaqlarının aşağısında, eyni onun kimi qısılıb oturulu görmüşdüm, bəlkə də gözlərimə görünmüşdün, bəlkə də bu qarabasma idi amma sən ordaydın. Sanki bütün sevişməmizi izləmişdin. Bəlkə də bir anlığa belə gözlərini qırpmamışdın.
Bütün bədənimi soyuq tər alıb üzü aşağı enirdi, hər toxunduğu hissə sanki bədənimdən ayrılıb havadaca yox olurdu.
Çəkinmədən gözünün içinə qədər dalmışdım. Cəsarətli biriymişəm.
Baxışından o qədər utanmışdım ki, paltarımı geyinmədən belə qapını açıb çölə çıxmışdım.  
Bir azacıq tüstü sayəsində qorxunu gülüşə çevirməyi bacarmışdım.
Gülümsəyirdim, inanmazsan amma həqiqətən gülümsəyirdim. Nə sənə nə də ki ona.
Hər gülüşün bir ünvanı olur bəlkə də, amma kimə ünvanlayacağımı bilmirdim.
Onun dodaqları səninkilər qədər gözəl deyildi, toxumadım belə.
Döndüyümdə nə səni nə də onu gördüm. Sadəcə kiçik bir çarpayı, üzərində bəyaz üstlük, bir də tərləmiş, sanki yenicə üzərindən yorğun, günlərcə uzanlı birinin qalxmasından sonar islanmış döşək. Çarpayı belə yad gəlirdi.
Yorğun idim, üzümdən sanki dəmir parçaları asılmışdı, damarlarım çəkilirdi, alnım dartılırdı, saçlarımı dırnaqlarımla yerindəcə qazıb, ovucumdan bir nəfəsə üfürmək, havaya səpmək istəyirdim.
Qapının döyülməsi bəzən hər şeyi unutdurmağı bacarır.
Köhnəliyi, üzərindəki çartlara sahib olmasına baxmayaraq belə məni soyuqdan qoruyan qapı zərif bir qonaq gətirmişdi həmən gün.

“Bəs sən hara … !?”
“Rahat ol. Gəlirəm indi.”

No comments:

Post a Comment