Yenə adi günlərdən biri idi. Bir az insan çoxluğu olan yerdə gəzməyə çıxdım. Hər qarşıma çıxan, üz üzə gəldiyim insan gözümün içinə dim dik baxır və sanki soruşurdular. Utanıb başımı aşağı saldım.
Bir neçə addım sonra üzündə təbəssüm dolu bir uşaq mənə yaxınlaşdı və əlindəki bir neçə solğun gülü mənə doğru uzatdı.
“Al bunları, ona hədiyyə edərsən. Bu gözəl güllərin qoxusu ona xoş olacaq, bu həmçinin səni də sevindirəcək”
Aldım. Çox tələsik aldım gülləri ondan. Tikanlarının ovucuma toxunması bir az diksindirdi məni.
Addımlarımın sayı getdikcəö artırdı. Hara getdiyimi bilmirdim, düşünmürdüm belə.
Gedəcəyim yerdə nə bir gözləyənim, nə də bir başqa canlı var idi.
Hər geri baxdığımda ayaq izlərimin yox olmasını seyr edirdim.
Geriyə dönmənin nə dərəcə çətin olacağını düşündükcə yerişimdə bir axsaqlıq yaranır, az qala yerə düşəcəyəm deyə diqqətimi daha çox yerə yönəldirdim.
Beynimdə düman, əlimdə gül, düşündüyüm heç.
Bir az irəliləmişdim ki, yaşlı bir bədən qoxusu üzümü turşutdu, gözlərim isə qoxunun burnuma gəldiyi tərəfə döndü.
“Sən çox pis birisən, insan”
Yox, bu mənə deyilmədi. Sadəcə məni çağırdıqlarını düşündüm, və üzümü sol tərəfə döndərdim. Köhnə libaslı qadın, gözlərimə zillədiyi, üzərinin para pərdələr tutan baxışıarını gördükdə tək bir şey düşündüm:
- “ora bura baxmadan irəliləmək !”
Bu qədər qəribəlik yaşadıqdan sonra gözlərimi yumub bir neçə saniyəlik bərk bərk sıxdım. Bir az sıxlıq yaşadım. Amma insanlar azalmışdı.
Ovuclarımın üşüməsini hiss etdim. Əllərimi aid olmadıqları yerə, ciblərimə saldım.
Bir az irəlidə mənim kiçik, yaşadığım mənsil yerləşirdi. Ora çox az – az baş çəkirdim.
Hər səfərimdə əlimdə nəsə aparmalıydım. Bu dəfə solğun, əlimdə olmasından peşman iki gül var idi ovucumda. Bərk bərk tutmuşdum onları.
Artıq yaxınlaşırdım mənzilimə.
Onu basdırdığım otaqdaca məni gözləyirdi.
Əllərimin izi boğazında, sinəsi cızıqlarla dolu. Hələ sıxdıqca barmaqlarım bir birinə toxunurdu, gözlərini bir müddət bütün gücünü toplayb açıq saxlamışdı. Necə də nifrətlə baxırdın !
Hər həftə sonu bu sıx insanların içinə girər və ayaqlarıma baş qoşub gedərdim. Hər dəsəində həmən bu kiçik dediyim mənzilə gələrdim.
Hər gəldiyimdə, otağa girişim üzümün cizgilərini bir neçə il əvvələ aparırdı.
Amma deyəsən bu dəfə də məndən qabaq bir ziyarətçin var imiş.
Buraya gəldiyim müddət ərzində ilk dəfə idi ki onun göz yaşlarını, və hönkürtü ilə ağlamasının şahidi oldum.
Və həmən gün aynanın qarşısında öz əksimi görmədim. Bəlkə də bu ilk dəfə deyildi amma gözlərimin yoxluğunu düşündüm. Yenidən aynaya yaxınlaşdım. Nə üzüm, nə gözüm, nə mən.
Toxunduğum aynanı toz almışdı. Bəlkə də toxunuşumu belə hiss etməmişdi.
Çox vaxt itirmədən onu öldürdüyüm yerə, otağına keçdim.
Əllərimi açıb dua elədim, sonra özümə qarğış elədim.
Mən səni öldürdüyüm gündən çox keçib, amma hələdə sağsan.
Sonra bəyazlar içində cəsədini gördüm. Heç itirməmişdin üz cizgilərini. Yanaqlarında təbəssüm var idi. Sənin, bəyazlar altından, kiçik parça dəliklərindən parlayan qapalı gözlərin baş ucunda dayanan iki insanı görürdü.
Biri mən, biri də sən.
Ağladıqca ağlayırdıq səni.
Mən bu evə yenə gələcəm. Həmişə gələcəm. Qışda belə gələcəm.
Sən də. Amma daha ağlamayaq. Nə sən nə də mən.