bu qədər gözəl olduğunu anlamamışdım.
bir göz yummağın, saçlarının yanaqlarına səpələnməsi, yorğanın ayağından bir az yan durması, sinənə düşən ay işığı, bütün bunlar mənə səndən bəhs etdi.
bütün gecəni səni izləmək keçdi beynimdən. çarpayının yanında qoltuqda əyləşib gözlərini açana qədər gözləməyi düşündüm. düşündüm hər gün sən yuxuladıqdan sonra gəlim, yenidən sevim səni, yenə oturub səhərə, sən oyanana qədər sənə baxım.
dodaqların belə fərqli imiş bu gecə. sanki nədənsə sıxılıb bir küncdə dizlərini qucaqlayıb özünü müdafiə edirsən. bir azacıq tərləmisən, yanaqların çəkilib azacıq, yəqin gec gəldiyimi anlamısan yuxuda belə.
o qədər yorğunam ki, bilsən necə gözləmişəm bu zamanın keçməsini, səni görməyi yenidən, günün sonu, sənə ayırdığım yenə də bir gün sonu oldu.
bax, artıq yanındayam, səni qucaqlamışam, üzünü mənə çevir.
yox yox, qal necə varsan, beləcə baxım sənə. bilirəm indi yuxudasan, mən isə səninlə üz üzə uzanmışam, mənim gözlərim açıq, səninkilər isə yumuludur. eşidirsən mi fikirlərimdə bir piano sədası var, sənin üçün ifa edirəm, bəyaz geyimdəyik ikimizdə, sən səmada rəqs edirsən, mən isə sənə tamaşa edərək pianoda ifa edirəm. hər bir not yeni bir təbəssüm verir sənə, yeni bir sevinc verir, dayanmadan rəqs edirsən. sonra enib mənidə özünə doğru çəkirsən.
yox yox, hələ oyanma, hşşşşş..oyanma hələ, yat mənim balaca balam yat hələ, mən gəlmişəm, yaat hələ səhərə çox var
səni görməyə gəlmişəm. səni oyatmadan gəlmişəm, qonaq olacam sonra isə məni səmaya aparacaqsan. yuxunu tərk etmə yat hələ çox var səhərə..
səni görməyə gəlmişəm. səni oyatmadan gəlmişəm, qonaq olacam sonra isə məni səmaya aparacaqsan. yuxunu tərk etmə yat hələ çox var səhərə..
