yenədə parta arxasında oturmuşam
yenə də piano notları rəqs edir qulaqlarımda
yenə də sərin meh əsir çöldə, yenə də soyuqlar başlayıb.
bax, heç nə dəyişməyib, sadəcə biz insanlar dəyişirik.
gülüşümüz azalır, artan isə uzaq olan yollar, bərabər olan yollarımız olur.
sökük evlər, qalın paltarlar, birdə bizi isidən ruhumuzun nəfəsi.
uzaqlardan gələn səslər hamısı səni xatırladır.
o qədər uzaq olmusan ki, görsəm səni tanıyacaq mı gözlərim, yoxsa məni bir az da uzaq tutacaq sonra səsləyəcəksən...
o qədər darıxıram ki.
sən axı başqasan, sən axı mələksən
mənim mələyim.
Wednesday, October 28, 2009
Tuesday, October 13, 2009
səhv yazmışam.
bir axşam
sənə bir hekayə oxuduğum yadıma gəldi.
bir az pis olmuşdun.
nə isə səhv yazmışdım.
yanaqların sərt olmuşdu,
gözlərini qırpmadan,
uzun - uzun mənə baxırdın.
Sunday, October 11, 2009
yüksəklər.
Hardasa on bir yaşım olardı ki, bərk qızdırma tutmuşdu məni. atam anam başımın üstünü kəsdirmişdilər, anam tez – tez dərindən ah çəkir, atam isə nə istəyib istəmədiyimi soruşurdu. Mən isə öz keyfimdə idim, gözlərimin içi deyilənə görə qızarmışd. Gördüyüm isə nə atam, nə də anam idi. Orta yaşlı bir kişini evin içində gəzişən görürdüm. Soruşmaq belə ağlımdan keçmirdi ki, ay dayı sən kimsən? Elə dayanmadan gəzirdi, arada bir gəlib gözümün içinə baxıb sonra isə çəkilirdi. Valideynlərim narahat olub həkimə müraciət edmişdilər, onlar da gəlib bir iynə vurdular ki, nə atam, nə anam, nə də ki o kişidən əsər əlamət qaldı. Hamısı bir ağ nöqtədə qeyb oldu.
Deyirlər insan il keçdikcə böyüyür, mən isə gec qalırdım. Kimi uşaqlarla oynadıqda məndən qaçırdılar ki, sən böyüksən, bizimlə oynamaq olmaz sənə, get öz taylarının yanında. Mən də dilxor olub kənarda otururdum. Hava qaralan kimi vaildeynlər öz uşaqlarını səsləyir və ya gəlib aparırdılar. Mən də ora bura baxıb maraqlı bir şey tapmadıqda həyətdəki bulaqda əl üzümü yuyub evə gedirdim. Valideynlərimi uşaqlardan fərqli olaraq acıqlandırmırdım, əksinə onlarla çox mehriban idim, hər axşam yatmamışdan ikisinin də yanaqlarından öpür, sonra isə yerimə uzanırdım. Səhər tezdən anamın hazırladığı gözəl naharın qoxusundan yerimdən dik atılır qaçırdım mətbəxə. Düzdü, o qədər də gözəl deyildi mətbəximiz, amma şükür, bizdən pis olanları da var idi. Sonra atam oyanar, yuyunar və nahar edib işə gedərdi. O qədər çox istəyirəm ki onları, yuxum da belə onları yanımda görürəm. Həqiqətən də valideyn müqəddəsdir.
Bir neçə il keçmişdi onların ölümündən, mən hələ də evə gəldiyimdə divardan asdığım şəkillərinə baxır, salam atam, anam deyib evə keçirdim. gecə yatmağa getməmişdən ayağımın altına stul qoyub qalxar, yanaqlarından öpərdim. Sən demə son illər bu belə imiş, mən onları uzun illər əvvəl itirmişəm, sadəcə indi indi bunu dərk etmişəm. Bir gün evə gəldiyimdə, qapının cırıltısının susmasından sonra anladım ki, illərdir mən tək qalıram bu evdə. Və hər səhər mənim naharımı hazır edən anam yox, qonşumuz Gülnarə xala imiş, uşaq vaxtından məni öz oğlu kimi saxlayar, bir dediyimi iki etməzmiş. Səhər əl üzünü yuyub nahardan sonra işə gedən isə onun böyük oğlu Fərid. Uşaq olarkən ona ata demişəm deyə bu cür qavramışam və mənə rahat olsun deyə heç kəs düzünü deməyib. O da mənim ki atasız böyüyüb sən demə, amma ana qoxusunun nə olduğunu o bir az da olsa bilir. Deyilənə görə uşaq vaxtı bərk xəstələnmişəm, tez tez yuxumda atamı görürmüşəm, anam isə səhərə yaxın çarpayımın kənarında oturub yanağımdan öpər və məni oyadardı ki, qalx nahar et. Bütün bunları düşünürəm, düşünürəm... İndi bütün qonşuların gözü məndədi, elə Gülnarə xalanında, Fəridində, hamısı gözlərini mənə dikiblər. Xəstəxana maşını da gəlib. Amma daha qızdırmam yoxdu, xəstə də deyiləm. Onlar aşağıda, mən isə yüksəklikdəyəm. İnsanlar həqiqətən də çox kiçikmiş. İndi mən özümü atacam bu yüksəklikdən, və yerə düşdükdə atamıda, anamıda görəcəm. Heç ağrı belə hiss etməyəcəm. Necə ki, indi.
Thursday, October 08, 2009
go slow.
çox sıxılıram çox.
hərdən əllərimlə didib, çiyinlərimdə gizlədiyim qanadları üzə çıxartmaq istəyirəm ki, uça bildiyimi göstərəm...Wednesday, October 07, 2009
qalın geyin.
bir xətt idin həyat yolumda sən
hər baxdıqda sənə, gözlərimin kənarları qırışlanırdı, yaşlanırdım...
sümüklərimi inildədən ağrın, həzz verməkdənsə itirirdi səni.
sənə bir payız xatirəsi deyə səslənmişdim, uzaq uzaq qış gətirdin, çox tələsdin...
gözlərinə qar yağmışdı artıq, bəbəklərini qoruyacaq bir kipriiyin belə qalmamışdı...
soyuqlar düşür artıq, əynini qalın geyin...
Monday, October 05, 2009
iki.
sadə, uzaq və yumşaq yastıq.
yatdıqca oyanmaq istəmə.
oyandınsa yatma.
çox sadə, sadəcə iki gün... özümlə iki gün
güzgü insanı necə də qəribə göstərirmiş.
Friday, October 02, 2009
umbrella.
hardasa dərin bir quyu qazırsan, içi isə şirin suyla dolu.
günlərin, illərin, dəqiqələrin həmən quyu ilə söhbət etməklə keçir. yalnızca keçib quyunun kənarında oturub, dərinliyinə baxırsan, kiçicik bir daş qırıntısını əlinə alıb atırsan quyuya, bir az sonra ordan gələcək səsi necə həyəcanla gözlədiyini hiss edib, dərindən nəfəs alırsan. qoxusunu belə hiss edirsən.
soyuq su damcıları ovuclarına toxunduqca yol kənarında düzülən işıq dirəklərinə baxıb üzünü yuxarı tutunca, tutqun səmadan damcıların get gede böyüdüyünü hiss edirsən, sanki damcılar dayanmayacaq və dünyanı su basacaq kimi fikirlər canlanır beynində. sonra damcılar get – gedə azalır yenə də səmaya baxırsan, tutqun səmanı görmürsən daha, çox istəyirsən həmən tutqunluğu, sanki sənin içindəki hisslər idi səmanın tutqunluğu, sanki sənin hisslərin idi su damcıları ilə yerə enən.
buludlar uzaqlaşır, və kiçik parlaqlıq görürsən. ulduzlar , qaraya boyanmış parça sanki göy səmanın üzərini örtür, və çəkilmək istəmir. getdikcə qaranlığıda sevməyə başlayırsan, hər günün qaranlıq olmasını istəyirsən, günəşin çıxmasını belə çox görürsən.
gözlərini açırsan, sağ tərəfində körpə gülüşlü, saçları sinəsini örtmüş birini görürsən. bütün istəyi ilə sənə baxdığını görürsən. yanağına əlini çəkib tumarlayırsan. gözləri sənə sanki bütün daxilindəki səs küydən xəbər verir. necə maraqlı olduğunu anlayırsan onun yavaş – yavaş , sənin üçün. və bir gün qalırsınız tək, sən və o. fikirləriniz qarışır, sən ona o isə sənə nə danışdığını anlamır, otağa qaranlıq çökür, pəncərədən düşən ay işığında rəqs edən kiçik toz dənəciklərini görürsən. getdikcə sevgin artır və yaxın olursan, amma bir gün, nə həmən sinəsinə saçları sarılmlış, nə maraq, nə də həmən işıqla rəqs edən tozcuqları görürsən ətrafında...
her şeye şükür etməklə keçir günlərin.
Thursday, October 01, 2009
happy b-day.
ana, yaxşıki varsan.
bilirəm narahat olub zəng edirsiz evə gecikəndə, amma hərdən siz zəng etməyəndə mən narahat qalıram ki, görəsən niyə zəng etmədilər.
sizi üzməməyə çalışıram.
doğum günün mübarək canım anam.
there was a whisper.
kimlərsə ad günlərini hamıdan tez xatırlamağıyla yadda qalır
kimlərsə nə vaxtsa səni tək qoymayıb deyə onları xatırlayırsan
kimlərsə əhvalın olmayan vaxtı təsadüfən zəng edir, "və hiss elədim ki nəsə olub o na görə zəng etdim" deyir, biz isə sadəcə inanırıq.
edəcəyimiz başqa bir şey yox, hərdən azacıqda olsa süni gülümsəmək gərəkir, və bəziləri isə bunu uzun uzun etməyi sevirlər.
bir anlıq özünü xoşbəxt hiss edirsən, o vaxtadək ki, oyanırsan.
bir pıçıltı, bir ağır piano notu beyninə dəydikdə oyanırsan, ətrafa baxıb hər kəsin üzündə təbəssüm görürsən, sən də gülümsəməyə çalışırsan, lakin olmur.
sən axı başqasan.
nəsə səhv gedir, nəsə yanlış, nəsə anlaşılmazlıq var özümdə.
dünənim, bu gününüm, arzu, xəyal və başqa nələr, birdən sanki F5 ə toxundu barmağım...
yeni səhivə, boş...
I have to create.
kimlərsə nə vaxtsa səni tək qoymayıb deyə onları xatırlayırsan
kimlərsə əhvalın olmayan vaxtı təsadüfən zəng edir, "və hiss elədim ki nəsə olub o na görə zəng etdim" deyir, biz isə sadəcə inanırıq.
edəcəyimiz başqa bir şey yox, hərdən azacıqda olsa süni gülümsəmək gərəkir, və bəziləri isə bunu uzun uzun etməyi sevirlər.
bir anlıq özünü xoşbəxt hiss edirsən, o vaxtadək ki, oyanırsan.
bir pıçıltı, bir ağır piano notu beyninə dəydikdə oyanırsan, ətrafa baxıb hər kəsin üzündə təbəssüm görürsən, sən də gülümsəməyə çalışırsan, lakin olmur.
sən axı başqasan.
nəsə səhv gedir, nəsə yanlış, nəsə anlaşılmazlıq var özümdə.
dünənim, bu gününüm, arzu, xəyal və başqa nələr, birdən sanki F5 ə toxundu barmağım...
yeni səhivə, boş...
I have to create.
Subscribe to:
Posts (Atom)





