Wednesday, September 30, 2009

çoxsunuz.






hərdən elə xatirələr yaşayırıq ki,
bir neçə il geriyə qanadlanıb, elə həmin günlərin içindəymişik kimi hiss edirik özümüzü.
bir az kövrəlib, bir az da şirin günlərdən danışırıq, hərdənsə tam başqa hisslər yaşanır, aynalar kimi, sən ona baxırsan, özünü görürsən sadəcə, o isə səni, və səndən daha çoxunu, istədiyini görür, hətta danışa bilir bəlkədə, sadəcə susub səni dinləyir...
o qədər xatırlatdı ki uşaqlığımı, o qədər sıxıcı hisslər yaşadım ki, o qədər düşündürdü ki məni, pərdənin kənarları, azacıq süzülmüş parçası, pəncərədən yol tapan, keçən su damcısı, yorğun ev xanımının mənə baxışları, necə yorğun idiniz bu gün, iki bacının yavaş yavaş, tələsmədən danışması...
özümü gördüm, ağlayan pəncərədə gördüm yanaqlarımı, şam təki ərimişdim, əridikcə süzülürdüm, damcı damcı olurdum, yağışın səsi, onun pıçıltısı..qorxusu
damcıladıqca qaçıb anamın ayağını qucaqlayırdım qorxudan, səsi belə acıdırdı canımı, indisə ayrıla bilmirəm ondan...səslədikcə gedirəm qucağına
hər biri danışırdı gözləri ilə, hər biri bir sual verirdi
hərəsinin içində dolu, təmiz bir öz var idi.
çırpınırdılar çıxmağa, ancaq yorğunluq almışdı gözlərinin qarasını.
günləri qutunun içərisində keçirdi, hərdən kiçicik deşikdən boylanıb səmaya, quşlara baxırdılar.
bir tək nəfəsləri qalmışdı.
o qədər təmiz idilər ki, danışmağı belə çətin.
kiçik eynəklərinin altında qara gözləri, dolğun təbəssümləri, çılğınlıqlarını gizləməyi bacarmırdı.
sanki qaçıb sığınacaqdan yox olsalar yağış yuyub aparar qutularını, onsuz qalarlar deyə qorxurdular...
hərdən susur, hərdən dərindən nəfəs çəkib sonra isə bir cümlə.
çox istəyirdilər, sadəcə istəklər hər an uzaqlaşa bilir, uzaqlarda özlərinə sığınacaq tapırlar...
hər attıqları daş yerə düşür...hər addım başqa ünvana aparır yaxındaykən...
o qədər səbirsiz idilər ki, qucaq dolusu gül yığmışdılar mənim üçün, sanki mən mələyəm, sanki onları qəfəsdən azadlığa mən buraxacam.
niyə qucaqlamadım sizi, niyə baxa bilmədim gözlərinizə doyunca, niyə sevgimdən bir azacıqda sizə vermədim...niyə..
mən ki sevməyi bacarırdım...axı bacarırdım
mən axı istəyirdim...

Tuesday, September 29, 2009

especially.



hər şey müvəqqətidi
sevgi, incəsənət, yer kürəsi, siz və mən.. əsas da mən

Monday, September 28, 2009

passion.





sevişmək..hmm
necədə gözəl bir hiss.
susuzluq, qəlb döyüntüləri, hərarət, qaranlıq otaq, bir - birindən ayrılmayan gözlər.
bəzən elə duyğuları yaşadır ki, zamanı dondurub yaşamaq istəyirsən sonadək.
heç kimi düşünmür, yalnız onunla yaşayır ruhun, daxilin, və hər şeyin.
toxunuşu tüklərini ürpəndir, körpə uşaqlar kimi qollarına qısılıb dolu gözlərini ona dikirsən.
əzilib, qurur hasarlarını sökürsən qarşısında, bir anlığa bağlanırsan qapısı önündə.
sən olursan evdar, o isə qazanıb gətirən. Bütün günün isə onu gözləmək olur ki, evə gələn kimi səninlə ola, öpə, əzizləyə və ya başqa nəsə.
hərdən isə çox darılırsan. Yorğunluğunu səninlə paylaşmaz, yuxusuna daha çox bağlanar, ayrılıb bir çarpayıda yumar səni dəli edən gözlərini.

Sunday, September 27, 2009

solğun.





quşlardan xəbər tutdum səni, solğun idin. 
yaş var idi gözlərində.
susqun idin sahibsiz küçələr təki.
basdırmışdın məndən qalan bir gününü daha. 
getdikcə, ardı ardına hər günü yalnızca, mənimlə dəfn edirsən. 
qolların yorulmasın sevdiyim.

Saturday, September 26, 2009

message in a bottle.





atam, anam körpə uşaqlar kimi yuxuladılar artıq...
mənsə gecənin gəlməsini gözləyirdim ki, hər kəs yatsın gəlim burdaca səninlə tək qalım
günlərim adi keçir sadəcə darıxmaqla
bir o başa bir bu başa gedirəm, hərdən oxuyuram nəsə, hərdən çay içirəm, hərdən astadan zümzümə edirəm hansısa mahnını, hərdən isə şəkillərə baxıram...
hər yuxumda mənimlə olursan, yan - yana, yarpaqların üzərində uzanıb gözlərinə baxıram, sonra səmaya baxıb buludlardan həriflər düşünürük
sənə bir məktub yazdım, gedişinə
bilirəm gecdi bunu yazmağım, amma yazdım, sonra isə büküb bir kiçik şüşəyə atdım, sonra isə dənizə...
.................................................................................................................................
səni çox istəyirəm
qucaqlamaq, yanaqlarını ovuclarımla tutub gözlərinə diri diri baxmaq
qulağına pıçıldamadan, qışqırmaq istəyirəm
səmaa qalxıb, buludları parçalamaq, səhəri axşam etmək, axşamı səhər etmək istəyirəm
elə darıxıram, kaş ki dönüb baxa bilərdin
başını bir azacıq sol çiyninə doğru əyib dodağını küncə tərəf turşudardın
dizlərimi yerə söykəyib qollarımı açardım sənə, qaçardın uzaqlardan
qaçardın, qaçardım sənə doğru
qoxunçün çox darıxdım
bilirsən, bu dəqiqə o qədər istəyirəm ki gözlərinə baxım susum sadəcə baxım
qəribə sevgi yaşadıq səninlə
quruduq içində, yaşardıq, solduq, oyandıq, xoş oldu, çaşdırdı hərdən, donub qaldıq, addımlamadıq, sonra yenidən qayıtdıq, yenidən gördük, uçduq yenə, sonra qaldıq...
hə indi qaldıq...
sənin üçün çox darıxmışam... görəsən bu məktubumu gətirəcək sənə dəniz, külək ?!
görəsən sən oxuyacaqsan, yoxsa heç görməyəcəksən, bəlkədə heç gəlməyəcək, yada kiminsə ayağına gedəcək sonra isə sevindirəcək onu, ümid verəcək...xəbərsiz belə olsa
görəsən gətirəcək mi sənə sevgimi bu saf, bəlkədə günahlı şüşə qab...
görəsən səni qaytaracaq mı, yoxsa eləcə şüşənin içindədə uzun yuxuya gedəcək hərflər.
gətirəcək mi su pəriləri sənə məktubumu
yoxsa itələyib özgəsinə yollayacaqlar...
kimisi səni pisləyir, kimisi məni... o qədər susqun olmuşam ki.
əvvəllər danışanın gözlərinə baxardım, indi isə gözlərində səni axtarıram hamının.. bəlkə rəsmin canlanar gözlərində onların, ən son gördüyümdən nə qədər vaxt keçib, nə qədər uzanıb zaman
nə qədər dəyişilmisən indi sən.
görən nələri silmisın yaddaşından, nələri xatılamısan yox olsun deyə, nələri dəyişmisən.
darıxmısan görəsən, yoxsa onu da silmisən artıq....
................................................................................................................................
hər gün bunları düşünürəm, yazmaq gəlir içimdən
faydası yox deyə sadəcə bura yazdım...
nə vaxtsa oxuyarsan burdan da yəqin ki, onda məktub uzun uzun yollar qət etmiş olacaq
zaman necədə tez keçir
şirin yuxular sənə, gizlicə öpdüm səni
səni öpdüyümü sən də bildin, yanağın üşüdü azacıq...mən idim o
şirin yat...mən bir azda səni düşünüb sonra yuxulayacam.

Friday, September 25, 2009

l autumn l





yenə sanki soyudu beynim
yenə eyni şeyləri xatırlatdı mənə səsin
unuduram, bilirəm eynisini sən edirsən, çox rahatam, sıxılmayacaqsan daha
istədiyin qədər oynayarsan qarla, əllərin donana qədər oynayarsan
sonrada huh huh edib, nəfəsinlə isidərsən soyuq əllərini
düşünməzsən istini, soyuqla yaşayarsan isidə isidə...
sanki mən yazıram, yazımın başlanğıcı mən sona yaxınlaşdıqca silinir...
bir anlıq qışı səslədim, yoxdur...
nə sən, nə qış var...mənə sadəcə payızın göz yaşı qaldı...
artıq addımlarını hiss edirəm sarı yarpaqların, xəzanın...
gətir yağışımı, soyuğumu, gətir, sıx məni bağrına...
soyuq dodaqlarınla isit dodaqlarımı, gülümsət yenidən məni qaytar həyata
sevdir özünə yenidən, o qədər darılmışam ki..
qızıl yarpaqların içində uzanmaq, islaq torpağını qoxulamaq istəyirəm..
al məni buralardan payız al məni al götür uzaqlara...apar məni 



Thursday, September 24, 2009

eternal sunshine of the spotless mind.


çox şeyi dəyişdin məndə...sevdim səni
hətta, ailəmin belə xəbəri oldu ki, bir filmi sevdim..
mənə sevgi dərsi keçdin...
necə ağlamışdım ilk sənə baxanda
baxışlarınızla danişmağınız...
ilk dəfə sizinlə sevdim...hələdə unutmamışam
uzun zaman belə olsa unutmamışam...









sıxıldım.




yıxma,
dəymə mənə...
uzağam, susmuşam,
qaçıram səndən
o qədər yorulmuşam ki, səsini belə eşitmək istəmirəm
bir az sonra yox olacam
daha heç bir vaxt, heç bir vaxt olmayacam qarşında, nə tanıdığın, nə də nə vaxtsa bildiyin biri olacam...
sadəcə səhv idim, anlayacam...xoş olacaq, bir an belə yadına düşməyəcəm...sadəcə beynində qalacam
hələlik.

Wednesday, September 23, 2009

goodbye.




I'm thinking of you
In my sleep
They're not good thoughts
The worst kind of sad
I've noticed things
Cannot be repaired
When I wake up
I'll be in despair


Cos I know I've got to say
I know I've got to say
Goodbye baby goodbye
Goodbye baby goodbye
You're my sweetheart goodbye
You're my sweetest goodbye


I know I'm gonna look
So, so, so, so bad
But there's no easy way
For me to have to walk away
But I don't want to hear this no more
And I don't want to feel this no more
And I don't want to see this no more
And I don't want to experience this no more


Cos I know I've got to say
I know I've got say
Goodbye baby goodbye
Goodbye baby goodbye
You're my sweetheart goodbye
You're my sweetest goodbye
Goodbye 
You're my sweetest 


[ Archive - Good bye ]

snow.




xoş xatirələr xatırlandıqca, unutmaq daha rahat imiş...
daha çox darıxdıqca, daha çox unudursan,
uzaqlarda olduqca daha çox, təmiz, özün təki nəfəs alırsan
sanki səndə uzaqdasan, bir an gəlib bir an isə gedən yuxu təki...
ah çəkirsən, nəfəsin də sınır gedir bir anlığa, yenə də gülüşünü gizləmirsən...
hündür binanın, böyük bir pəncərəsının qarşısındayam sanki, bardaş qurmuşam, yüksəldikcə hava daha da təmizlənir...
gəl oturaq bir az, başımı dizlərinə qoyum, azacıq danış, mənsə səssizcə gözlərinə tamaşa edim...

Tuesday, September 22, 2009

körpə olmaq istədim.






bir azacıq soyuq su vurdum üzümə,
bir azacıq dərindən nəfəs,
bir azacıq gülümsəmək,
bir azacıq
bir azacıqda anamın əllərinin istisini yanağımda hiss etdim.
hər şey necədə gözəl
dərimdən körpə vaxtı gələn süd qoxusunu hiss etdim...
atamın kiçik, azacıqda dərin və susqun gülümsəməsini xatırladım.
bir azda köhnə məhəlləmizdə yerləşən bir foto studiya yadıma düşdü, hər şəkilin üzərində kiçik hərflərlə yazılardı "foto studiya 8 mk.rayon"...körpə olmaq istədim
biz necədə qəribəyik, hər şeyi dəyişmək istəyirik, amma belə də gözəldi
ətrafına baxdıqca, hər şeyi görmək mümkün olur.
sadəcə zamana inam gərək deyil.
buraxar yarı yolda bizi o da, istədikcə...




Apocalyptica - the Unforgiven

Monday, September 21, 2009

uzaqsan.



niyə bu qədər uzaqlardasan...
çox darıxdım, çox
bu günü darıxmaqla keçirdim, o qədər uzun oldu ki darıxmağım..bitmək bilmədi
haralardasan indi..

Sunday, September 20, 2009

rəngli otaq.




bu otaq mənimdi
rahatam, dincəlirəm burada... hər istədiyimi danışıram
hər istədiyimi görürəm, istəyənlər yanımda, istəməyənlər bir azacıq uzaqda
ruhum dincəlir..
bu gün bir neçə şey anlamışam..
çox sevinirəm,
azacıq pis olsamda, sevinirəm ki hərdən insanlar doğru qərarlar verməyi yaxşı bacarırlar
çox sevinirəm ki Dərviş kimi birini tanıyıram
çox sevinirəm ki ailəm var
çox sevinirəm ki dəyişmirəm, sadəcə bəzi şeylərin doğrusunu qəbul etməyi örgənirəm.. gec olsa belə
qürurun qırılmasını və daha nələri yaşadım, yenə də pis olmamışam
sadəcə çox sevinirəm ki, getdikcə anlayıram özümü
...

Friday, September 18, 2009

utancaq.




necə də günahsızsanmış...
sənə nəsə yazacaqdım ama vaz keçdim, nə fayda yazmağımdan dedim
sonra oturdum,
çay suzub, bir azacıq dincəldim
sənsə elə həmən yerdəcə divara söykənmişdin, çılpaq idin
hər şeyini mi aldım mən ?!

kaş ki.





kaş ki səni öldürə biləydim
sonra, gizlin bir yerdəcə
boğardım sevə sevə səni
sonra, sonra boğazında qalan acı barmaq izlərimi öpüşümlə yox edərdim
elə ordaca ağlayıb, elə ordaca torpağı qazıb,
səssiz,
sadəcə nəfəsimin zümzüməsi ilə 
basdırardım səni...

Thursday, September 17, 2009

uzun zaman.



bir ilan gərək, 
zəhər tökə qədəhimə 
bir zəhər gərək
yıxa bilə məni yerə 
çırpınaraq vucudumu cırmaqlaya
gözlərimi didib - didib 
yerindəcə parçalaya  
qarmağıma, tilovuma tuş gələrkən 
məndən qaçıb 
uzaqlarda gizlənərkən 
azacıqda qeybət edib söz dinərkən
bir anlığa niyə məni xatırladın ?! 
ucuz baxdın 
göz yumduğun saniyələrə 
qırışmadın 
qış gələndə qar dönəndə 
mənə doğru əllərini gizləyəndə
niyə məni bir anlığa düşünmədin ?! 
cox bir uzun zaman keçdi
yenə gəldin 
xoş oldu çox, zaman keçdi  
yenə səndin 
mənsə dəyişmişdim bir az səni
xoş günlərə 
qəribəydi, qəribəydi yaz gəlincə  


photo by
vachi-bumbernickle.deviantart.com

let's dance a lot,,,



gəl bir az rəqs edək
yağışın sərin damcısı yaratsın mahnımızı
sən iri addımlar at qaranlığıma doğru gedək
qorxularını at kənara,
qapanmasın sevgimizin pərdələri

yağış, yazdım, yazdım səndən hekayələr şeyirlər
başqa heçnə deyə bilmədim
susdum, sadəcə dərinliyini görmək istədim
o qədər çox istədim ki səni
sərinliyin üçün darıxdı vücudum...
istəmirəm buranın çirkli asfaltına, torpağına yağasan
səni gedəcəyim yerlərə götürmək istəyirəm
özümlə birgə
uzaq olmaq buralardan.
ilk dəfə səni düz bir il əvvəl yağanda duydum.
artıq o qədər doğma olmusan ki, ayrılmaq belə istəmirəm səndən
damcılarını, göz yaşını töksün buludların nə qədər ki burdayıq
sonra ancaq mənim üçün ağlayarsan
amma sevincindən
həmişə mənimlə olarsan
sənlə ağlayaram doyunca
yuxu aparınca isə isladıb isidərsən məni...



Wednesday, September 16, 2009

öz dünyam.




bu axşam biz olmadıq
olduq iki ayrı insan
iki ayrı əl
bir bədənimiz yox, ayrı ayrı bədənlərimiz oldu
sən cinayətkar, mən isə öldürmək istədiyin biri oldum
izlədin məni, evə yaxın qaranlıq keçiddəcə saxladın, 
silahı dayayıb gicgahıma sıxdın tətiyi
heç kəs manə olmadan, heç kəs duymadan elə ordaca gəbərdim...
çox rahatam oldu, çox
başqa bir dünyadayam
sənsizlik belə gözəl, çooooox uzaqlardayam çooox, tək səndən yox, onlardan belə uzağam..
burda kiçik çayım, kiçik ağacım var, hələ bir dənə də şəlaləm var, sizin dünyanızdan fərqlidi burası.
boyalar götürmüşəm özümlə, hər gün bir hissəsini boyayıram dünyamın
getdikcə daha da gözəlləşir
bir də, bir də məni anlayacaq, məni isidəcək kitablarım,
istədikcə dayanmadan yazacaq qələmim
və yazdıqca bitməyəm dəftərim var
darıxsam belə gəlmərəm yanınıza
sıxılsam belə demərəm
nə qədər bacarsa uzağ olacaq nəfəsim
payıza çox az qalıb.

Tuesday, September 15, 2009

great expectations



görəsən sənə baxmaq ikinci dəfə qismət olacaq mənə ?
böyük ümidlər
yadıma gəlir 98 ci ildə ilk dəfə baxmağım
öpüş səhnələrində atam görər deyə gözümü yummaqlarım, sonra barmaqlarımın arasından bir saniyəsini belə qaçırmayım deyib baxmağım
necə darıxdım gözəl Estella üçün
necə darıxdım sizin üçün

mayıs sıkıntısı





aklımdan çıkması bile zor bir duman
karanlık odada ağlıyor gibi durmuş kadehler


çok mu acı çekdirdim ona, çokmu yaktım canını, çokmu ?!
n' apdım ben Tanrım !...
ufacık bi çocuğu odaya kapatıp, dövdüm, ağladı peşimden
ısırdı kollarını, gönlünü aldım ufacık ufacık
kadehime şarab dökdü, onunla bir uyudum, küçüldük, hiç kimse görmeden küçük çocuklar gibi oynadık herkesden uzak.
ne kadar çabuk geçiyormuş zaman
ne kadar acı oluyor ruyalar
bazen uyanmak bile zor gelir
Allahım, sen büyüksün, bak ben böyle de çok memnunum
bak, gülümsüyorum )
artık bana hiç biri gerek değil
ben de onlara, her birinin kendi hayatı var
çok acıdım, çok yoruldum, çok ağladım...
benim içimde saklayacak kadar onlar var, artık gerek değiller
hepsini anarım, sıkarım kalbime uyurum yavrular gibi
her uyuduğumda
artık onları unutmam gerekdiğini anladım, artık yeni bir isim, yeni bir arkadaş, yeni bir ben gerek bana
seni sevmek ne güzel Allahım
ne güzel ismin
Allahım

Monday, September 14, 2009

yenə də gülümsə.


                      
Buna da alışaram, mən ki güclüyəm

13.09.2009  (17 : 57)



                                                                

Sunday, September 13, 2009

yenə mi...!




bir anlıq, bir neçə dəqiqəlik qaldım...
doyamadım gözlərinə baxmaqdan..
sanki qapanıb damcılarına bir çətir tək islandım yağışlarında, 
süzülüb gözlərindən dodaqlarına yönəldim, kiçicik dodaq çatlarını qucaqlayıb 
boğdum özümü gülüşlərlə ki, necə də vuruldum...
vuruldum sənə bir anlıq, bir ilk baxış deyil, bir sevgi də deyil,
sadece o qeder xoş təəssürat yaratdın ki, donub qaldım bəbəklərinə baxdım durmadan
qulaqlarımda saksafon sədasì, gözlərimdə mavi okean, qoxun isə kənarda suyla oynaşan dəniz pərilərinə çəkdi...
əllərim əsir, gözlərimdə təbəssüm yaranır hələ də, sanki dunyanın sonunda bir dayanacaq var, qısılıb ora sənin gələcəyini gözləyirəm... ama gəlməyini istəmiəcəm, sadəcə hər gələnin təbiətini məhv edirəm, okeanını kiçik dənizlərə bölüb parçalayıram...səni parçalamaq istəmirəm, sadəcə bir anlıq yanımda olmağını istədim...daha çox qalmaq, daha çox baxmaq gözlərinə, bəyaz əlbisənin üzərinə düşən günəş işıltısı qamaşdırsın gözlərimi istədim...
tək tək gülüşün, dodaqlarından qulaqlarıma göndərdiyin səsin, zərif, incə gözəlliyin indicə alt üst etdi məni
mən sənə vuruldum sən bilmədən

12 Sentyabr
12:00 ( Gəncliyə gedən yolun kənarında yerləşən aptek... )

Saturday, September 12, 2009

isti qucaq


az qalıb səhərə
qaranlığın bitməsinə çox az qalıb
pərdələri oynadan külək
xoş bir səs gətirir qulağıma uzaqlardan
sərin meh əsdikcə titrədir səsimi.
isti bir qucağa sıxıb,
bərk bərk lay lay deyir mənə.
sanki ağlayacaq sevincindən kirli gözlərin
mən, sən birdə qoxun
bir də sənə gizlicə baxmağım qalacaq
...