Friday, October 02, 2009

umbrella.






hardasa dərin bir quyu qazırsan, içi isə şirin suyla dolu.
günlərin, illərin, dəqiqələrin həmən quyu ilə söhbət etməklə keçir. yalnızca keçib quyunun kənarında oturub, dərinliyinə baxırsan, kiçicik bir daş qırıntısını əlinə alıb atırsan quyuya, bir az sonra ordan gələcək səsi necə həyəcanla gözlədiyini hiss edib, dərindən nəfəs alırsan. qoxusunu belə hiss edirsən.
               
            soyuq su damcıları ovuclarına toxunduqca yol kənarında düzülən işıq dirəklərinə baxıb üzünü yuxarı tutunca, tutqun səmadan damcıların get gede böyüdüyünü hiss edirsən, sanki damcılar dayanmayacaq və dünyanı su basacaq kimi fikirlər canlanır beynində. sonra damcılar get – gedə azalır yenə də səmaya baxırsan, tutqun səmanı görmürsən daha, çox istəyirsən həmən tutqunluğu, sanki sənin içindəki hisslər idi səmanın tutqunluğu, sanki sənin hisslərin idi su damcıları ilə yerə enən.
                buludlar uzaqlaşır, və kiçik parlaqlıq görürsən. ulduzlar , qaraya boyanmış parça sanki göy səmanın üzərini örtür, və çəkilmək istəmir. getdikcə qaranlığıda sevməyə başlayırsan, hər günün qaranlıq olmasını istəyirsən, günəşin çıxmasını belə çox görürsən.
                gözlərini açırsan, sağ tərəfində körpə gülüşlü, saçları sinəsini örtmüş birini görürsən. bütün istəyi ilə sənə baxdığını görürsən. yanağına əlini çəkib tumarlayırsan. gözləri sənə sanki bütün daxilindəki səs küydən xəbər verir. necə maraqlı olduğunu anlayırsan onun yavaş – yavaş , sənin üçün. və bir gün qalırsınız tək, sən və o. fikirləriniz qarışır, sən ona o isə sənə nə danışdığını anlamır, otağa qaranlıq çökür, pəncərədən düşən ay işığında rəqs edən kiçik toz dənəciklərini görürsən. getdikcə sevgin artır və yaxın olursan, amma bir gün, nə həmən sinəsinə saçları sarılmlış, nə maraq, nə də həmən işıqla rəqs edən tozcuqları görürsən ətrafında...
               her şeye şükür etməklə keçir günlərin.

No comments:

Post a Comment