Thursday, October 01, 2009

there was a whisper.

kimlərsə ad günlərini hamıdan tez xatırlamağıyla yadda qalır
kimlərsə nə vaxtsa səni tək qoymayıb deyə onları xatırlayırsan
kimlərsə əhvalın olmayan vaxtı təsadüfən zəng edir, "və hiss elədim ki nəsə olub o na görə zəng etdim" deyir, biz isə sadəcə inanırıq.
edəcəyimiz başqa bir şey yox, hərdən azacıqda olsa süni gülümsəmək gərəkir, və bəziləri isə bunu uzun uzun etməyi sevirlər.
bir anlıq özünü xoşbəxt hiss edirsən, o vaxtadək ki, oyanırsan.
bir pıçıltı, bir ağır piano notu beyninə dəydikdə oyanırsan, ətrafa baxıb hər kəsin üzündə təbəssüm görürsən, sən də gülümsəməyə çalışırsan, lakin olmur.
sən axı başqasan.
nəsə səhv gedir, nəsə yanlış, nəsə anlaşılmazlıq var özümdə.
dünənim, bu gününüm, arzu, xəyal və başqa nələr, birdən sanki F5 ə toxundu barmağım...
yeni səhivə, boş...
I have to create.

No comments:

Post a Comment