Saturday, September 26, 2009

message in a bottle.





atam, anam körpə uşaqlar kimi yuxuladılar artıq...
mənsə gecənin gəlməsini gözləyirdim ki, hər kəs yatsın gəlim burdaca səninlə tək qalım
günlərim adi keçir sadəcə darıxmaqla
bir o başa bir bu başa gedirəm, hərdən oxuyuram nəsə, hərdən çay içirəm, hərdən astadan zümzümə edirəm hansısa mahnını, hərdən isə şəkillərə baxıram...
hər yuxumda mənimlə olursan, yan - yana, yarpaqların üzərində uzanıb gözlərinə baxıram, sonra səmaya baxıb buludlardan həriflər düşünürük
sənə bir məktub yazdım, gedişinə
bilirəm gecdi bunu yazmağım, amma yazdım, sonra isə büküb bir kiçik şüşəyə atdım, sonra isə dənizə...
.................................................................................................................................
səni çox istəyirəm
qucaqlamaq, yanaqlarını ovuclarımla tutub gözlərinə diri diri baxmaq
qulağına pıçıldamadan, qışqırmaq istəyirəm
səmaa qalxıb, buludları parçalamaq, səhəri axşam etmək, axşamı səhər etmək istəyirəm
elə darıxıram, kaş ki dönüb baxa bilərdin
başını bir azacıq sol çiyninə doğru əyib dodağını küncə tərəf turşudardın
dizlərimi yerə söykəyib qollarımı açardım sənə, qaçardın uzaqlardan
qaçardın, qaçardım sənə doğru
qoxunçün çox darıxdım
bilirsən, bu dəqiqə o qədər istəyirəm ki gözlərinə baxım susum sadəcə baxım
qəribə sevgi yaşadıq səninlə
quruduq içində, yaşardıq, solduq, oyandıq, xoş oldu, çaşdırdı hərdən, donub qaldıq, addımlamadıq, sonra yenidən qayıtdıq, yenidən gördük, uçduq yenə, sonra qaldıq...
hə indi qaldıq...
sənin üçün çox darıxmışam... görəsən bu məktubumu gətirəcək sənə dəniz, külək ?!
görəsən sən oxuyacaqsan, yoxsa heç görməyəcəksən, bəlkədə heç gəlməyəcək, yada kiminsə ayağına gedəcək sonra isə sevindirəcək onu, ümid verəcək...xəbərsiz belə olsa
görəsən gətirəcək mi sənə sevgimi bu saf, bəlkədə günahlı şüşə qab...
görəsən səni qaytaracaq mı, yoxsa eləcə şüşənin içindədə uzun yuxuya gedəcək hərflər.
gətirəcək mi su pəriləri sənə məktubumu
yoxsa itələyib özgəsinə yollayacaqlar...
kimisi səni pisləyir, kimisi məni... o qədər susqun olmuşam ki.
əvvəllər danışanın gözlərinə baxardım, indi isə gözlərində səni axtarıram hamının.. bəlkə rəsmin canlanar gözlərində onların, ən son gördüyümdən nə qədər vaxt keçib, nə qədər uzanıb zaman
nə qədər dəyişilmisən indi sən.
görən nələri silmisın yaddaşından, nələri xatılamısan yox olsun deyə, nələri dəyişmisən.
darıxmısan görəsən, yoxsa onu da silmisən artıq....
................................................................................................................................
hər gün bunları düşünürəm, yazmaq gəlir içimdən
faydası yox deyə sadəcə bura yazdım...
nə vaxtsa oxuyarsan burdan da yəqin ki, onda məktub uzun uzun yollar qət etmiş olacaq
zaman necədə tez keçir
şirin yuxular sənə, gizlicə öpdüm səni
səni öpdüyümü sən də bildin, yanağın üşüdü azacıq...mən idim o
şirin yat...mən bir azda səni düşünüb sonra yuxulayacam.

No comments:

Post a Comment