hərdən elə xatirələr yaşayırıq ki,
bir neçə il geriyə qanadlanıb, elə həmin günlərin içindəymişik kimi hiss edirik özümüzü.
bir az kövrəlib, bir az da şirin günlərdən danışırıq, hərdənsə tam başqa hisslər yaşanır, aynalar kimi, sən ona baxırsan, özünü görürsən sadəcə, o isə səni, və səndən daha çoxunu, istədiyini görür, hətta danışa bilir bəlkədə, sadəcə susub səni dinləyir...
o qədər xatırlatdı ki uşaqlığımı, o qədər sıxıcı hisslər yaşadım ki, o qədər düşündürdü ki məni, pərdənin kənarları, azacıq süzülmüş parçası, pəncərədən yol tapan, keçən su damcısı, yorğun ev xanımının mənə baxışları, necə yorğun idiniz bu gün, iki bacının yavaş yavaş, tələsmədən danışması...
özümü gördüm, ağlayan pəncərədə gördüm yanaqlarımı, şam təki ərimişdim, əridikcə süzülürdüm, damcı damcı olurdum, yağışın səsi, onun pıçıltısı..qorxusu
damcıladıqca qaçıb anamın ayağını qucaqlayırdım qorxudan, səsi belə acıdırdı canımı, indisə ayrıla bilmirəm ondan...səslədikcə gedirəm qucağına
hər biri danışırdı gözləri ilə, hər biri bir sual verirdi
hərəsinin içində dolu, təmiz bir öz var idi.
çırpınırdılar çıxmağa, ancaq yorğunluq almışdı gözlərinin qarasını.
günləri qutunun içərisində keçirdi, hərdən kiçicik deşikdən boylanıb səmaya, quşlara baxırdılar.
bir tək nəfəsləri qalmışdı.
o qədər təmiz idilər ki, danışmağı belə çətin.
kiçik eynəklərinin altında qara gözləri, dolğun təbəssümləri, çılğınlıqlarını gizləməyi bacarmırdı.
sanki qaçıb sığınacaqdan yox olsalar yağış yuyub aparar qutularını, onsuz qalarlar deyə qorxurdular...
hərdən susur, hərdən dərindən nəfəs çəkib sonra isə bir cümlə.
çox istəyirdilər, sadəcə istəklər hər an uzaqlaşa bilir, uzaqlarda özlərinə sığınacaq tapırlar...
hər attıqları daş yerə düşür...hər addım başqa ünvana aparır yaxındaykən...
o qədər səbirsiz idilər ki, qucaq dolusu gül yığmışdılar mənim üçün, sanki mən mələyəm, sanki onları qəfəsdən azadlığa mən buraxacam.
niyə qucaqlamadım sizi, niyə baxa bilmədim gözlərinizə doyunca, niyə sevgimdən bir azacıqda sizə vermədim...niyə..
mən ki sevməyi bacarırdım...axı bacarırdım
mən axı istəyirdim...






















