Monday, January 31, 2011

deyəsən.

deyəsən, sən də,
mən də yorulmuşuq.
bu qədər sevgi bəsdi daha.
bir az da ruhlarımız sevişsin,
bir az
bizimkilərdən uzaq
sizinkilərdən kənarda. 
nə var ki burda?!
adi bir öpüş
bir də dənizdə qağayıların səsi
hər gün gördüyümüz dilənçı qadını
bu gün yerində görmüyək

gəl bir az ağlayaq
sənin yaşın mənim çiynimdə
mənim yaşımsa sənin.
yaşlanma heç.
qov üzündəki qırışları
adiləş bir az.
mən də gizlədim səni,
hündür binalardan.

içəri şəhərdə
kiçik bir kafedə
sevdiyin darçınlı isitsin bizi.

ya da sənə bir şeir yazıb
gizlicə cibinə atım.
o kiçik otaqdaca
bərk bərk sarıl mənə.

ya bir gün darıxsan
sadəcə gülümsə.
inan,
əsən külək nəfəsim olacaq.
saçlarını oxşayacaq.

ayrılıram bu şəhərdən.
ötən payızı çiyinlərimə alıb
ayrılıram bu şəhərdən…

Friday, December 31, 2010

Monday, October 25, 2010

nəsənsən.

yaşlanıram
saçlarımla yanaşı
xatirələr tökülür
hər günə bir saç düşür
hər saata
hər ana

üzüm yaman qırışıb
gözüm görür qırışı
yanağımdan aşağı
damcı sular yarışır

daha bəsdi yaşadıq
gəl bir azda biz ölək
danışmayaq dinməyək
bizim üçün ayrılan
torpağıca tez bölək
yarısına sən uzan
üstünü mən örtərəm
sənə soyuq dəyməsin
mən ayaqda ölərəm

Tuesday, September 28, 2010

Bb.


sən inci.
kipriklərin qucaqlaşsın.
küsülü qalaq bu payızı,
islanmayaq.

daha yoxdur bir xatirə,
bu yağışa tab gətirə.

iyunada çox uzağam.
dekabıra bir şey yoxdu,
çox boşluqdu.

bir az ətrindən qalmışdı,
bugün yoxdu.
yuyulduqca itdi yaşıl köynəyimdən.
çirklənmişdi.

qalmır heç nə,
sən bilirsən.
susub, susub dinməyirsən.

şəkillərə baxdığımı görən olub.
gizləyiblər.
nə o gündü, nə bu gündü
neçə gündü görünmürsən.
bu da qışa bir hədiyyə...

Vüsal Nazimoğlu

Wednesday, August 11, 2010

gecənin səssizliyi.

bir sən əksiksən ay işığı.
üzünü buludlar almış yəqin
gözündə kölgələr gəzir,
bəlkə də elə məndən gizlənirsən...
yəqin ki, haqlısan sən. 
bu gözlər, 
səni duman görən bu gözlər
bədəninə həsrət qalıb.
öpüşünü miras ver
yanaxlarım sevinsin.
heç nə düşünmə, 
baxma mənə.
eləcə hər gecə qonağım ol..
amma, gündüzləri yox ol
amma düzünü de..
ya da, 
gəlmə heç...
bilirsən, ən çox nəyi sevdim ?!
sağ əlini.
digərindən bərk tuturdu əlimi.
mən də gülürdüm eləcə.
həm özümə,
həm də sıxdığın ələ.
heç nə yaraşmır,
yaraşmır heç nə,
nə mənə, 
nə də ki sənə.

Tuesday, July 13, 2010

babam ve ben.

baba, affet beni
bir az kaba oldum,
bir az qaripdim amma bir gunah işlemedim.
acı bir şey, biliyorum.
ama ben beklemeğe alıştım artık. Hatta çok alıştım.
istersen sen de gel.
bak, burası çok güzel.
yanimda bile oturabilirsin.
birlikde bekleriz.
her kes burda, 
sıkkınlık yok,
bazıları daha önce gitdi,
geri kalanları burada
ayni bizim gibi bekliyorlar.
zaman bize de gelicek be babam.
bir elini omzuma koydun mu, yeter.
daha bir şey istemem.
istemedim bile.